Demo Sayt » dunya » Nəhayət ki, İngiltərə istəyinə çatdı


Nəhayət ki, İngiltərə istəyinə çatdı

26-11-2018, 15:38
Çap et
Nəhayət ki, İngiltərə istəyinə çatdı Avropa İttifaqı Brexit sazişini təsdiqlədi
Avropa İttifaqı tərkibində qalan dövlətlər Böyük Britaniyanın İttifaqdan çıxmasına dair razılaşma layihələrini (Brexit) təsdiq ediblər.
Bunu öz "Twitter" mikrobloqunda Avropa Şurasının rəhbəri Donald Tusk yazıb.
“Brexit sazişi təsdiqləndi. Aİ liderləri İngiltərə məsələsində razılığa gəldilər”, - D.Tusk qeyd edib.
Aİ üzvü olan 27 ölkənin lideri Böyük Britaniyanın İttifaqdan çıxması məsələsini müzakirə etmək üçün Brüsseldə toplaşıb.
İclasda İngiltərənin 17 aydır müzakirə edilən 585 səhifəlik “Brexit” sazişi təsdiqlənib. İclas 40 dəqiqə davam edib.
Aİ-nin Brexit üzrə əsas elçisi Mişel Barnye deyib ki, Böyük Britaniya tərəfdaş və dost olaraq qalacaq.
Qeyd edək ki, Böyük Britaniyada “Brexit” məsələsinə görə 10-dan çox nazir istefa verib. Onlar Böyük Britaniyanın Aİ-ni tərk etməsinin əleyhinə olub.
Reytinq: