Əlcəzair prezidenti Səudiyyə şahzadəsini qəbul etmədi4-12-2018, 10:54
Çap et Dekabrın 2-də Əlcəzairə gedən şahzadə ölkənin baş naziri Əhməd Uyahya tərəfindən qəbul edilib və hər iki şəxs təkbətək görüşüb. Bu gün isə o, Əlcəzair lideri Əbdül Əziz Buteflika ilə görüşmək istəyib. Amma prezident qrip olduğu üçün şahzadə ilə görüşməyib. Qeyd edək ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda jurnalist Camal Xaşoginin öldürülməsindən sonra bu ölkəyə qarşı təzyiqlər başlayıb. Şahzadə Məhəmməd bin Salman G20 sammitindən öncə Tunisə səfər etmiş, lakin orada etirazla qarşılanmışdı. Tunislilər əllərində mişarla küçəyə çıxmışdılar. Bundan başqa, G20-yə qatılan şahzadə sammit iştirakçılarından gözlədiyi yaxınlığı görməyib. O, yalnız Rusiya prezidenti Vladimir Putinlə zarafatlaşıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
