Jurnalistin qətlinə göstəriş verən müəmmalı “boss” - SENSASİON İDDİA13-11-2018, 17:10
Çap et Qətli törədən şəxslərin səs yazısında onların qrup rəhbərinə verdikləri hesabatda "boss”a hər şeyi olduğu kimi danışmaları xahiş olunur. Türkiyəyə ezam olunmuş Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları ehtimal edir ki, "boss” adı altında Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd ibn Salman Əl Saud olub. Oktyabrın əvvəllərində Türkiyənin "Sabah” və "Hurriyet” qəzetləri Camal Kaşıqçının qətli barədə göstərişin Səudiyyə kəşfiyyatının yüksək rütbəli zabiti və Məhəmməd ibn Salman Əl Saudun məsləhətçisi Əhməd Assiri tərəfindən verildiyini yazıb Camal Kaşıqçı oktyabrın 2-də İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunda itkin düşüb. Onun cəsədi bu günə qədər tapılmayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
