Şərqi Azərbaycan vilayətində Azərbaycan dili tədris olunacaq18-09-2019, 10:44
Çap et AZƏRTAC xəbər verir ki, bu sözləri Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi dərs ilinin başlanmasına həsr olunan müşavirədə deyib. O bildirib ki, fars dili İranda milli birliyin simvolu və ümumi ünsiyyət dilidir. Lakin bununla yanaşı, İranın konstitusiyasında xalqlara ana dilində təhsil almaq hüququ da verilib. Vali deyib ki, Azərbaycan dilinin tədrisi bəzi neqativ söz-söhbətlərə də son qoyacaq. M. Purməhəmmədi qeyd edib ki, tədris üçün dərs proqramı və dərsliklər artıq hazırlanaraq məktəblərə verilib. Xatırladaq ki, İranda dərs ili sentyabrın 20 –də başlayır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
