Özbəkistanda koronavirusa yoluxanların sayı 55-ə çatıb25-03-2020, 08:23
Çap et Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər yayıb ki, ölkədə COVID-19 ilk dəfə martın 15-də Parisdən Daşkəndə gələn Özbəkistan vətəndaşında aşkar olunub. On gün ərzində koronavirusa yoluxanların sayı 55-ə çatıb və hər gün artır. Son 24 saat ərzində bu xəstəlik koronavirusa yoluxanlarla heç bir əlaqəsi olmayan bir qızda da aşkarlanıb. Koronavirusa yoluxanlar Elmi-Tədqiqat Virusologiya İnstitunun klinikasında müalicə alırlar. Virusa yoluxanlar arasında ölənlər yoxdur. Qeyd edək ki, Özbəkistanda 12,7 min adam karantindədir. Onların 7,4 mini xəstəxanalarda, qalanları isə ev şəraitində karantinə alınıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
