Demo Sayt » dunya » Türk qırıcıları şəhidlərin intiqamını aldı


Türk qırıcıları şəhidlərin intiqamını aldı

8-09-2015, 14:10
Çap et
Türk qırıcıları şəhidlərin intiqamını aldı Türkiyə 16 şəhidin intiqamını F-16 və F-4 türk qırıcıları ilə alıb.
Dağlıca bölgəsinə edilən hücumun ardından Türk Hava qüvvələrinə aid 35 F-16 və 18 F-4 döyüş təyyarəsi İraqın şimalına Qandil böləsinə qaçan terrorist qrupunu havadan bombalayıb.
Əvvəlcə düşərgədə 20 silahlını 130 sursatdan öldürən türklər, daha sonra digər 20 nəfəri də bombalayaraq öldürüb.
İlkin məlumatlara görə, hədəflər tam dəqiqliklə vurularaq tamamilə məhv edilib, daha bir neçəsi isə düşərgələrdə zərərsizləşdirilib.
Ötən gün Hakkarinin Dağlıca - Yüksekova rayonunda çox sayda əsgərin ölümü və yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. Hadisədə 16 nəfərin öldüyü bildirilir.
Bölgədə daha əvvəl də həyata keçirilən intensiv hava hərəkatı çərçivəsində 2 ədəd "F16” və 2 ədəd "F4” ilə separatçı terror təşkilatına aid 13 hədəf vurulub. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, əməliyyat qərarlılıqla davam etdirilib.
Reytinq: