Demo Sayt » dunya » Sərhəddə əsgər şəhid oldu


Sərhəddə əsgər şəhid oldu

10-09-2015, 15:17
Çap et
Sərhəddə əsgər şəhid oldu 21 yaşlı əsgər "Azad Suriya Ordusu"nun silahlıları tərəfindən öldürülüb.
Türkiyənin daha bir əsgəri şəhid olub. ANS PRESS-in məlumatına görə, qonşu ölkənin Hatay vilayətinin Reyhanlı bölgəsində şəhid olan əsgər 21 yaşlı Er Gökhan Çakır olub. O, "Azad Suriya Ordusu" silahlıları tərəfindən öldürülüb.
Hatay valiliyi silahlı hücumun saat 2 radələrində baş verdiyini bildirib. Açıqlamada qeyd edilib ki, əsgərlər ətraf ərazini yoxlayarkən silah səsi eşidilib. "Nəticədə əsgər Er Gökhan Çakır yaralanıb və təcili olaraq xəstəxanaya aparılıb. Amma həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb".
Reytinq: