Demo Sayt » dunya » Telman İsmayılovun 1,4 milyard dollarlıq oteli satıldı


Telman İsmayılovun 1,4 milyard dollarlıq oteli satıldı

2-11-2015, 20:04
Çap et
Telman İsmayılovun 1,4 milyard dollarlıq oteli satıldı "Mardan Palace" 360 milyona "Xalq" banka verilib.
Türkiyənin Antalya şəhərində Azərbaycan əsilli iş adamı Telman İsmayılova məxsus “Mardan Palace” oteli satılıb. Otelin yeni sahibi Türkiyənin "Xalq" bankı olub. 7 ulduzlu “Mardan Palace” 360 milyon 50 min türk lirəsinə satılıb. Otel 719 milyon lirəyə satışa çıxarılmışdı.
Qeyd edək ki, “Mardan Palace” 2009-cu ildə xidmətə açılıb. Açılışında dünyanın tanınmış simaları – Mariah Karey, Riçard Qere, Şeron Ston, Monika Belluçi, Tom Jons və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev də iştirak edib. Rusiya vətəndaşı olan Telman İsmayılov otelin inşasına 1,4 milyard dollar vəsait xərclədiyini açıqlayıb. Otelin önündəki qumsala Misirdən 9 min ton qızılı qum gətirilmişdi.
Qeyd edək ki, otelin satışını Türkiyənin "Garanti Bankası" tələb etmişdi. Telman İsmayılovun bu banka 207 milyon lirə borcu var idi. Otelin satışından sonra dərhal "Garanti Bankası"nın borcu ödəniləcək. "Xalq" bankın da oteldən alacağı olduğu üçün otel rəhbərliyinə əlavə ödəniş edilməyəcək.
Reytinq: