Rusiya AŞPA-nın qış sessiyasında iştirak etməyəcək18-01-2016, 11:11
Çap et Rusiya nümayəndə heyətiAŞPA-nın qış sessiyasında iştirak etməyəcək. Bu barədə RBK-ya Dövlət Duması və Federasiya Şurasındakı mənbədən bildirilib.Məlumata görə, artıq bununla bağlı yekun qərar qəbul edilib. Xatırladaq ki, AŞPA-nın qış sessiyasında iştirak etməklə bağlı müzakirələr yanvarın 15-də keçirilib. Müzakirələrdə müvafiq olaraq parlamentin yuxarı və aşağı palatalarının sədrləri Valentina Matviyenoko və Sergey Narışkin də iştirak ediblər. “Xarici İşlər Nazirliyi bir neçə variantın nəzərdən keçirildiyi məruzə hazırlamışdı. Lakin Rusiyanın AŞPA-da tapdalanmış hüquqlarının bərpa ediləcəyi ilə bağlı təminat yoxdur. Biz Strasburqa növbəti siyasi hədə-qorxularla üzləşməyə getmək istəmirik", - deyə Dövlət dumasındakı mənbə qeyd edib. Bununla yanaşı, qeyd edilib ki, AŞPA yanvarın 25-də Rusiyaya öz səlahiyyətlərini qaytarsa, vəziyyət dəyişəcək. Rusiyanın AŞPA-nın qış sessiyasına gedəcəyi ilə bağlı rəsmi qərarın bu gün Serqey Narışkin tərəfindən açıqlanacağı gözlənilir. Qeyd edək ki, AŞPA-nın qış sessiyası yanvarın 25-dən 29-dək Strasburqa keçiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Rusiya nümayəndə heyətiAŞPA-nın qış sessiyasında iştirak etməyəcək. Bu barədə RBK-ya Dövlət Duması və Federasiya Şurasındakı mənbədən bildirilib.