Demo Sayt » dunya » ABŞ kəşfiyyatı Kremli ittiham edir


ABŞ kəşfiyyatı Kremli ittiham edir

10-02-2016, 13:21
Çap et
ABŞ kəşfiyyatı Kremli ittiham edir ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepper Rusiyanı informasiya müharibəsi aparmaqda ittiham edib. Bu barədə “Associated Press” xəbər verir.
“Moskva informasiya müharibəsində daha aqressiv strategiyaya üstünlük verməkdə davam edir. Bu strategiya, xüsusilə, mühüm infrastruktura zərbə endirməyə və hətta ifşa olunduğu halda belə casusluğu davam etdirməyə əsaslanıb”, deyə Klepper bildirib.
Onun sözlərinə görə, Rusiyanın addımları ABŞ-ın maraqlarına qarşı və Amerika kəşfiyyatının fəaliyyətinin qarşısının alınmasına yönəldilib.
Reytinq: