BƏƏ neft hasilatınının dondurulmasını dəstəkləyir17-02-2016, 13:17
Çap et Bu barədə BƏƏ neft naziri Süheyl əl-Məzrui bəyan edib. O deyib ki, BƏƏ-nin neft sahəsindəki siyasəti bazarın stabilliyinə yardım edəcək bütün neft hasil edən ölkələr üçün açıqdır: "Biz gələcəyə nikbinliklə baxırıq". Daha əvvəl Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela fevralın 16-da Dohada keçirilmiş danışıqların yekunu üzrə məlumat veriblər ki, neft hasilatını yanvardakı səviyyədə dondurmağa hazırdırlar. Bunun üçün digər istehsalçılar da bu təşəbbüsə qoşulmalıdırlar. Dünyanın əsas neft hasil edən ölkələri arasında danışıqların yeni raundu fevralın 17-nə planlaşdırılıb. Qeyd edək ki, neftin qiymətlərinin azalması səbəblərindən biri kimi hasilatın artırılması göstərilir. Görüşə İran və İraq nümayəndələri də qatılacaqlar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
