Demo Sayt » dunya » Türkiyədən Rusiyaya qarşı məhkəmə iddiası


Türkiyədən Rusiyaya qarşı məhkəmə iddiası

4-03-2016, 09:01
Çap et
“Qazrpom”un martın 1-dən təktərəfli şəkildə qazı bahalaşdırdığı və həcmi azaltdığı bildirilir.
Türkiyədən Rusiyaya qarşı məhkəmə iddiası
Türkiyənin qaz idxalçıları Rusiyanın “Qazprom” şirkətini məhkəməyə verməyə hazırlaşırlar. Buna, “Qazprom”un qaz təchizatını qəfildən dayandırması səbəb olub. Şirkət rəsmiləri bunun düşünülmüş addım olduğunu bildirirlər.
Lakin “Qazprom” şirkəti buna görə arbitraj məhkəməsində cavab verməli olacaq. Türkiyə rəsmiləri bu barədə Moskvaya xəbərdarlıq ediblər.
“Biz problemi müqaviləyə əsasən, müsbət yöndə həll etmək istəyirik. Əgər mümkün olmazsa, o halda, məsələyə arbitraj məhkəməsi baxacaq”. Türkiyə şirkətinin bəyanatında belə qeyd olunur.
Müqaviləyə əsasən, tərəflər arasında mübahisə doğuran məsələ 6 ay ərzində öz həllini tapmazsa, problem məhkəməyə çıxarıla bilər.
Türkiyəli rəsmiləri qeyd ediblər ki, Rusiya Türkiyə bazarına Ukrayna və ya Litva bazarı kimi baxarsa, o halda, Türkiyə bazarını itirə bilər.
Türkiyənin “Enerco” şirkəti “Qazrpom”un mart ayının birindən etibarən təktərəfli şəkildə qazın qiymətini qaldırdığını və həcmini azaltdığın məruzə edib. Bir müddət əvəl 6 özəl Türkiyə şirkətinə “Qazprom” şirkətinin verdiyi 10.25 faizlik güzəştin ləğv olunacağı ilə bağlı bildiriş daxil olmuşdu. “Qazprom”la əməkdaşlıq edən 6 Türk şirkəti o cümlədən Enerko Enerji, Bosforuz Qaz, Avrasiya Qaz, Şel, Batı Hattı və Kibar Enerji 2012-ci ildə bağlanmış müqaviləyə əsasən hər il Rusiyadan 10 milyard kub metr qaz idxal edir.
Özəl sektorla yanaşı Türkiyənin dövlət şirkəti olan BOTAŞ da Rusiyadan qaz boru xətti ilə külli miqdarda qaz alır. Təkcə 2014-cü ildə Türkiyə Rusiyadan ümumilikdə 27.3 milyard kub metrə yaxın qaz idxal edib.
Ötən ilin noyabr ayında Türkiyə ilə Rusiya arasında baş vermiş qırıcı qalmaqalından sonra iki ölkə arasındakı münasibətlərdə gərginlik yaranıb.
Reytinq: