Demo Sayt » dunya » Ərdoğandan sərt bəyanat


Ərdoğandan sərt bəyanat

10-03-2016, 09:00
Çap et
Ərdoğandan sərt bəyanat Türkiyə Krımın Rusiyaya birləşdirilməsini tanımayıb və bundan sonrada tanımayacaq.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada, Ukraynalı həmkarı Petro Poroşenko ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.
“Bu məsələdə Rusiya beynəlxalq hüququ pozub”, deyə Ərdoğan bildirib.
Petro Poroşenko isə mətbuat konfransında bildirib ki, Ukrayna Krım məsələsinə dair beynəlxalq danışıqlarda, o cümlədən “Cenevrə +” (Ukrayna, Rusiya, ABŞ və Avropa İttifaqı) formatına Türkiyənin də cəlb edilməsinin tərəfdarıdır.
Reytinq: