Demo Sayt » dunya » Vaşinqtonda atışma olub, yaralanan var


Vaşinqtonda atışma olub, yaralanan var

29-03-2016, 09:32
Çap et
Vaşinqtonda atışma olub, yaralanan var Vaşinqtonda Konqresin ziyarətçilərin qəbulu mərkəzində atəş açan şəxs saxlanılan zaman yaralanıb.
Bu barədə CNN telekanalı xəbər verib.
Hadisə nəticəsində həmçinin bir qadının xəsarət aldığı bildirilir. Bundan əvvəl polis əməkdaşının yaralanması barədə məlumat yayılmışdı.
İnsidentin təfərrüatlarını açıqlamayan polis insidentin bitdiyini, insanların həyatlarına təhlükənin olmadığını bildirib. Hadisə ilə bağlı rəsmi məlumat veriləcəyi gözlənilir.
Qeyd olunur ki, hazırda Konqres tətildə olsa da, binada çox sayda turistlər var.
Vaşinqtonda ABŞ Konqresində baş verən atışma adi cinayət hadisəsidir.
Bunu Kapitolinin polis nümayəndəsi bəyan edib.
"İlkin araşdırmalara əsasən, qanun pozucusu tək olub. O Kapitolini dəfələrlə ziyarət etmiş şəxsdir. Baş vermiş insident adi cinayət hadisəsidir", deyə polis nümayəndəsi bildirib.
Onun sözlərinə görə, üstündə silah olan kişi Konqresin binasındakı metalaxtarıcı çərçivədən keçmək istəyib: "Aparatın müvafiq siqnalından sonra isə o, tapançanı çıxararaq polis əməkdaşına tuşlayıb. Bundan sonra isə dərhal zərərsizləşdirilib. Hadisə zamanı xəsarət alan şəxs hazırda xəstəxanadadır".
Qeyd edək ki, insident nəticəsində hadisənin şahidi olan qadın da yaralanıb.
Dəqiqləşdirilmiş məlumata görə, polis əməkdaşları arasında xəsarət alan yoxdur.
---------------
28.03.2016
23:22
Vaşinqtonda Konqresin turizm mərkəzində atışma olub.
Hazırda ərazi polis tərəfindən əhatəyə alınıb, Konqresin binası bağlanıb.
İlkin məlumatlara əsasən, atəşi açan şəxs saxlanılıb. Həmçinin bir polis əməkdaşının yaralandığı bildirilir.

Reytinq: