Obama-Ərdoğan görüşü baş tutdu1-04-2016, 09:16
Çap et Bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir. Məlumata görə, görüşdə təhlükəsizlik məsələləri, habelə, terrorçuluq və qanunsuz miqrasiya ilə mübarizə məsələləri müzakirə olunub. Barak Obama martın 31-də Diyarbəkirdə törədilən terror aktı nəticəsində həlak olanlarla bağlı Ərdoğana başsağlığı verərək, ABŞ-ın Türkiyənin təhlükəsizliyinin təmin olunmasına və terrorçuluqla ümumi mübarizəyə verdiyi dəstəyin davam etdiriləcəyini təsdiqləyib. İki ölkə lideri həmçinin İŞİD-lə mübarizə məsələlərini də müzakirə ediblər. Qeyd edək ki, sammit ərəfəsində mətbuatda Obama-Ərdoğan görüşünün baş tutmayacağı barədə məlumatın yayılması intriqaya səbəb olub. Müşahidəçilər bunun ABŞ-Türkiyə münasibətlərinin soyuması ilə əlaqələndiriblər. Lakin, ABŞ administrasiyası sonradan prezidentlər arasında görüşün baş tuta biləcəyi barədə açıqlama verib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
