Demo Sayt » dunya » ABŞ Dağlıq Qarabağa dair Vyana görüşünü yüksək qiymətləndirir


ABŞ Dağlıq Qarabağa dair Vyana görüşünü yüksək qiymətləndirir

18-05-2016, 08:56
Çap et
ABŞ Dağlıq Qarabağa dair Vyana görüşünü yüksək qiymətləndirir Azərbaycan və Ermənistan prezidentləri atəşkəs rejiminə riayət etməsinə, etimadın möhkəmləndirilməsi üzrə mühüm tədbirlərin işə salınmasına və gələn ay hərtərəfli nizamlanmaya gətirib çıxara bilən danışıqlar prosesinə başlamasına dair öhdəliklər götürüblər.
Bunu ABŞ dövlət departamentinin nümayəndəsi Con Kirbi keçirilən brifinqdə bildirib.
Prezidentlər status-kvo çərçivəsindən çıxmaq və bu bölgədə yaşayan bütün insanlara fayda verə bilən tədbirlər görmək üçün siyasi iradə nümayiş etdirdilər.
"Birləşmiş Ştatlar öz tərəfindən onlara bu işdə kömək etməyə hazır olacaq", - deyə Kirbi bildirib.
Kirbi deyib ki, bu müsbət görüş və düzgün istiqamətdə atılmış addım idi.
Reytinq: