ABŞ-dan fərqli Qarabağ bəyanatı22-04-2016, 11:49
Çap et Bu dəfə münaqişənin BMT çərçivəsində nizamlanması dəstəklənib.
ABŞ əvvəllər münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində nizama salınmalı olduğunu deyirdi. Bu dəfə BMT çərçivəsində nizamlanma prosesini dəstəklədiyini qeyd edib. Con Kirbi bildirib ki, Amerika Birləşmiş Ştatları BMT-nin həll prosesini dəstəkləməyə davam edir. “Bu, münaqişənin nizamlanmasının ən yaxşı variantıdır. Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri regiona səfər ediblər. Onlar birmənalı olaraq bildiriblər ki, tezliklə danışıqlar prosesinə qayıdışı arzu edirlər. Biz BMT-yə və tərəflərin uzunmüddətli sülhə nail olması istiqamətində fəaliyyətə möhkəm sadiqik", - deyə Kirbi bildirib. Cəbhə xəttində vəziyyət gərginləşdikdən sonra dünyanın bir çox nüfuzlu dövlətləri, o cümlədən ABŞ tərəfləri sülhə çağırdı. Həmin vaxt ABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında 2 dəfə telefon danışığı olub. Onlar hər iki danışıq zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Birinci telefon danışığından sonra yayılan təfərrüatlarda bildirilirdi ki, ATƏT-in Minsk qrupu həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransanın səylərinin artırılması barədə razılıq əldə olunub. Lavrov və Kerri müxtəlif “xarici oyunçuların” Qarabağ ətrafında qarşıdurmanı qızışdırmaq cəhdlərini qınayıblar. Amma ikinci telefon danışığının təfərrüatları açıqlanmayıb. ABŞ və Rusiya cəbhə xəttində atəşkəsin əldə olunmasını alqışlayıblar. ANS PRESS-in məlumatına görə, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib, Azərbaycana qarşı gücdən istifadəni və onun ərazilərinin işğalını pisləyib, eyni zamanda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, o cümlədən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edib. Bu qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi təsdiq edib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da buna oxşar sənədlər qəbul edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
