Demo Sayt » dunya » Fırıldaqçı tanışlıq saytının yaradıcıları həbs edildi


Fırıldaqçı tanışlıq saytının yaradıcıları həbs edildi

11-06-2015, 19:29
Çap et
Fırıldaqçı tanışlıq saytının yaradıcıları həbs edildi Yaponiyada fırıldaqçı tanışlıq saytı yaratdığı üçün 8 nəfər həbs edilib.
Rusiya mətbuatının verdiyi məlumata görə, on ildir fəaliyyət göstərən bu saxta veb-saytın ümumi istifadəçisinin sayı 2 milyon 700 min nəfər, bunun isə cəmi bir nəfəri qadın olub.
Saxtakarların ideyası bu idi ki, sayta kişi cinsindən olan çoxsaylı istifadəçi cəlb olunsun. Bunun üçün tanışlıq yaratmaq istəyən kişilərlə yazışan saxta qadın profilləri yaradılıb. Əslində kişi olan bu "qadınların" anketləri isə digər tanışlıq saytlarından oğurlanıb.
Məlumata görə, sayta üzv olmaq və digər əlavə funksiyalardan istifadə etmək də pullu olub. Məhz bunun hesabına internet resursunun yaradıcıları olan saxtakarlar qazanc əldə ediblər. Təkcə 2012-ci ildə cinayətkarlar təxminən 10 milyard yen, yəni 80 milyon 600 min dollardan artıq gəlir əldə ediblər. Bu gəlirlər isə hər il artıb.
Reytinq: