İŞİD qurbanlarının daha iki kütləvi qəbiri aşkarlandı - 250-dən çox meyit18-11-2016, 10:02
Çap et Məlumata görə, məzarlıqlardan biri quyunun dibində aşkarlanıb. Quyuda 200-dən çox cəsədin olduğu ehtimal olunur. İŞİD terrorçuları son iki il ərzində öldürdükləri sakinlərin cəsədlərini həmin quyuya atırmışlar. Yerli sakinlər həmin məzarlıq barədə məlumatlı olublar: “Sakinlərin yaxınlarının cəsədlərini quyudan çıxarmaq cəhdlərinin qarşısını almaq üçün terrorçular məzarlığı minalayıblar. Hazırda istehkamçılar məzarlığı minalardan təmizləyirlər. Quyuya atılanların arasında sağ olan sakinlər də olub”, - deyə yerli məmurlardan biri bildirib. İkinci məzarlıqda 45 meyit aşkarlanıb. Hər iki məzarlıq Mosuldan 30 km cənubda yerləşən Hamam əl-Əlil şəhərində aşkarlanıb. Noyabrın 7-də həmin şəhərdə başı kəsilmiş 100-dək şəxsin meyitinin olduğu məzarlıq aşkarlanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
