Demo Sayt » dunya » Çində növbəti mədən faciəsi: 11 fəhlə yerin altında qaldı


Çində növbəti mədən faciəsi: 11 fəhlə yerin altında qaldı

6-12-2016, 10:07
Çap et
Çində növbəti mədən faciəsi: 11 fəhlə yerin altında qaldı Çinin Hubey əyalətində baş vermiş qəza nəticəsində 11 mədən işçisi yerin altında qapalı vəziyyətdə qalıb.
İnsident Badun rayonunda yerləşən “Xinjia Coal Mine” mədənində baş verib.
İlkin versiyaya əsasən, mədəndə qaz partlayıb. Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.
Qeyd edək ki, noyabrın 30-da Sitayxe şəhərində kömür mədənində baş vermiş qəza nəticəsində 21 nəfər ölüb.
Reytinq: