Hansı səhv İŞİD-in yaranmasına səbəb oldu? - Obama açıqladı7-12-2016, 10:28
Çap et “İŞİD-in hərəkətlərinə cavab tədbirləri ilə bağlı qərar verilərkən biz 2003-cü ildə İraqa müdaxilə zamanı buraxdığımız bəzi səhvləri təkrarlamaqdan imtina etdik. Məhz həmin səhvlər sonradan İŞİD-ə çevrilən təşkilatın formalaşmasına kömək etdi”, - deyə Obama Floridada terrorla mübarizə mövzusunda çıxışı zamanı bildirib. O qeyd edib ki, 2014-cü ildən bu vaxtadək əsas üstünlük, ilk növbədə, İŞİD-lə mübarizə aparan İraqın milli birlik hökumətinə dəstəyə verilir: “Bundan başqa, ABŞ, İraqın qonşuları da daxil olmaqla 60 ölkənin qoşulduğu koalisiya yaradıb. Bundan sonra biz, ABŞ batalyonları ilə yox, yerli birləşmələrin vasitəsilə Suriya və İraqda terrorçularla mübarizəyə başladıq. Biz onlara avadanlıqlar, müşavirlər və xüsusi təyinatlılarla yardım edirik”. Onun sözlərinə görə, koalisiya terrorçulara artıq 16 mindən çox zərbə endirib, on minlərlə yerli döyüşçüyə yardım göstərilib, İŞİD-in nəzarətində olan ərazilərin yarıdan çoxu azad edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
