Merkel Putinə zəng edib14-12-2016, 10:37
Çap et Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub. Bu barədə Kremlin saytı məlumat yayıb. Məlumata görə, Putin və Merkel Rusiya qazının Ukrayna üzərindən Avropa istehlakçılarına tədarükünü müzakirə ediblər. Putin qeyd edib ki, Ukrayna Rusiyadan qaz tədarükünə dair məsələni razılaşdırmaqdan boyun qaçırır, bu da Avropaya qaz tədarükünə təhlükə yaradır. Bundan başqa, Putin Merkeli beynəlxalq terrorçuluqla mübarizədə Rusiyanın addımları və Suriyaya göndərilən humanitar yardımlar barədə məlumatlandırıb. Qeyd edək ki, telefon danışığı Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub. Bu barədə Kremlin saytı məlumat yayıb.