Demo Sayt » dunya » Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin danışıqları başladı


Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin danışıqları başladı

20-12-2016, 16:03
Çap et
Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin danışıqları başladı Görüş Moskvada keçirilir
Moskvada Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli danışıqları başlayıb.
Bu barədə "RİA Novosti" məlumat verir.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə ikitərəfli görüş keçirib.
Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi fonunda keçirilən danışıqların əsas mövzusu Suriyadakı vəziyyət olacaq.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.
Reytinq: