Abe Perl-Harborda ölən ABŞ hərbçilərini yad etdi28-12-2016, 10:23
Çap et ABŞ prezidenti Barak Obama və Yaponiyanın baş naziri Sindzo Abe Havay adalarındakı Perl-Harbor buxtasında II Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər.Barak Obama və Sindzo Abe Perl-Harbor buxtasında “Arizona” linkor gəmisinin batırıldığı yerdə ucaldılmış xatirə kompleksinin önünə əklillər düzüblər. Qeyd edək ki, 1941-ci ilin dekabrın 7-də Yaponiya Hərbi-Hava Qüvvələrinin hücumu nəticəsində “Arizona” gəmisinin göyərtəsində olan 1177 nəfər həlak olub. Ümumilikdə, Perl-Harbor bazasına hücum nəticəsində 2400-dən çox amerikalı hərbçi həlak olub. Həmin hücum ABŞ-ın II Dünya müharibəsinə qatılmasına səbəb olub. Xatırladaq ki, 2016-cı ilin mayında Barak Obama ABŞ-ın nüvə bombası atdığı Xirosima şəhərinə baş çəkərək qurbanların xatirəsini yad edib. Sindzo Abenin Perl-Harbora səfərinin Yaponiya hökumətinin buna cavab addımı olduğu bildirilir. Qeyd edək ki, nə Obama, nə də Abe səfərləri zamanı baş vermiş hadisələrə görə üzrxahlıq etməyib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

ABŞ prezidenti Barak Obama və Yaponiyanın baş naziri Sindzo Abe Havay adalarındakı Perl-Harbor buxtasında II Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər.