Demo Sayt » dunya » "İzmir terrorunu törədənlərin şəxsiyyəti məlumdur" - Ədliyyə naziri


"İzmir terrorunu törədənlərin şəxsiyyəti məlumdur" - Ədliyyə naziri

6-01-2017, 17:17
Çap et
"İzmir terrorunu törədənlərin şəxsiyyəti məlumdur" - Ədliyyə naziri Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ dünən İzmirdə məhkəmə binası qarşısında baş vermiş partlayışla bağlı açıqlama verib.
B. Bozdağ açıqlamasında partlayışı törədənlərin PKK terror təşkilatına üzv olduğuna heç bir şübhə olmadığını deyib.
Nazir qeyd edib ki, partlayış zamanı 3 vəkil, 2 polis əməkdaşı və 2 vətəndaş yaralanıb.
Hadisə ilə bağlı 18 nəfərin saxlanıldığını deyən B. Bozdağ bidlirib ki, terrorçuların şəxsiyyətləri məlum olsa da, təhlükəsizlik məqsədilə açıqlanmayacaq: “ Terroru törədən şəxslər məhkəmə binasına daxil olmaq istəyiblər, amma şəhid polis Fethi Sekinin müdaxiləsi ilə qarşılaşıblar. Terrorla mübarizəni daha qərarlı bir şəkildə davam etdirəcəyik. Vaxt gələcək, terror təşkilatlarının adları unudulacaq”.
Reytinq: