Demo Sayt » dunya » İstanbulda antiterror əməliyyatı: 5 nəfər saxlanılıb


İstanbulda antiterror əməliyyatı: 5 nəfər saxlanılıb

19-01-2017, 12:03
Çap et
İstanbulda antiterror əməliyyatı: 5 nəfər saxlanılıb Türkiyə təhlükəsizlik qüvvələri İstanbulun “Okmeydanı”nda DHKP-C terror qruplaşmasına qarşı birgə əməliyyat keçiriblər.
Anadolu Agentliyi məlumat verir ki, helikopterlə müşayiət olunan və xüsusi təyinatlıların iştirakı ilə keçirilən əməliyyat nəticəsində 5 nəfər saxlanılıb.
Təhlükəsizlik qüvvələri DHKP-C-nin Gənclik Federasiyasının ofisində apardıqları axtarış zamanı qruplaşmaya aid xeyli sənəd müsadirə ediblər. Şübhəlilər saxlanılaraq müayinə üçün xəstəxanaya aparılıblar.
Reytinq: