Demo Sayt » dunya » Ərdoğan Trampla görüşmək istəyir


Ərdoğan Trampla görüşmək istəyir

27-01-2017, 13:12
Çap et
Ərdoğan Trampla görüşmək istəyir Ərdoğan görüş zamanı ABŞ prezidenti ilə Türkiyə-ABŞ münasibətlərinin yaxşılaşdırılması barədə müzakirə aparmaq istəyir.
“Cənab Trampla ləngimə olmadan görüşmək istəyim var. Danışıqlarda başlıca mövzulardan biri Türkiyə-ABŞ münasibətlərinin qiymətləndirilməsi olacaq. Bizim strateji əlaqələrimiz hazırda yaxşı işləyirmi? Xeyr. Biz onları sağlam etməliyik”, -deyə Ərdoğan jurnalistlərə bildirib.
“Biz NATO üzvü olan 2 ölkəyik. Lakin demək olmaz ki, münasibətlərin hazırki səviyyəsi NATO ölkələrinin həmrəyliyinə cavab verir. Əlbəttə, biz Trampın NATO barədə yaxın zamanda verdiyi bəyanatın nə məna verdiyini də öyrənmək istəyirik”, -deyə Türkiyə prezidenti qeyd edib.
Ərdoğan vurğulayıb ki, Türkiyə və ABŞ arasındakı vacib məsələlərdən biri də iqtisadi münasibətlərin sonrakı təkmilləşdirilməsi məsələsidir: xüsusilə də müdafiə sənayesi sahəsində.
Bundan əlavə, Türkiyə prezidenti ABŞ-lı həmkarı ilə Fətullah Gülənin ekstradisiya məsələsini müzakirə etmək istəyir: “Biz buna dərhal nail olmaq istəyirik. Göndərdiyimiz 85 sənədin taleyi barədə soruşacağıq. İstintaq çərçivəsində daha çox sənəd göndərəcəyik”.
Reytinq: