Demo Sayt » dunya » "Disneylend"də həyəcan - yüzlərlə insan təxliyə olundu


"Disneylend"də həyəcan - yüzlərlə insan təxliyə olundu

13-02-2017, 14:16
Çap et
"Disneylend"də həyəcan - yüzlərlə insan təxliyə olundu Honq Konqda “Disneylend” parkında şübhəli əşya səbəbi ilə yüzlərlə əməkdaş təxliyə olunub.
Parka aid olan ofislərin birinə naməlum bağlama gətirildikdən sonra işçilər təxliyə olunmağa başlayıb.
Bağlamanın araşdırılması üçün hadisə yerinə partlayıcı maddə mütəxəssisləri cəlb edilib. Onlar bağlamada təhlükəli maddənin olduğunu təsdiq ediblər.
Hazırda hadisənin təfərrüatları araşdırılır.
Təxliyə prosesi əyləncə parkının fəaliyyətinə təsir göstərməyib.
Reytinq: