Barak Obama həyat yoldaşı ilə birlikdə memuar yazır - 60 milyon dollara3-03-2017, 11:05
Çap et Memuarı "Penguin Random Housе” nəşriyyatı dərc edəcək. Nəşriyyatın rəhbəri Markus Doul belə şansı əldə etməkdən məmnun olduğunu bildirib: "Bizim şirkət 2 kitabı dərc etmək hüququ əldə edib. Keçmiş prezident və onun xanımı ilə əməkdaşlıq edə biləcəyimiz üçün çox şadıq. Onlar hər sözləri, hər əməllərilə dünyanı dəyişiblər, biz də kitablarımız vasitəsilə eynisini etməyə ümid bəsləyirik”. Obamanın bioqrafiyasının hansı məbləğlə qiymətləndirildiyi barədə məlumat verilmir. Lakin gəzən şaiyələrə görə, Obamalara 60 milyon dollar ödəniləcək. Bu isə indiyə qədər sabiq prezident memuarına ödənilən ən böyük məbləğdir. Bil Klinton öz həyat hekayəsinə görə sadəcə 15 milyon, Corc Buş isə 10 milyon dollar qazanc əldə edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
