Demo Sayt » dunya » Fransada TƏTİL - 300 aviareys təxirə salınır


Fransada TƏTİL - 300 aviareys təxirə salınır

6-03-2017, 16:03
Çap et
Fransada TƏTİL - 300 aviareys təxirə salınır Fransanın hava limanlarında elan olunmuş dörd günlük tətillə əlaqədar 300-ə yaxın reys təxirə salınacaq.
Tətil əsasən ölkənin cənubunda və qərbindəki hava limanlarına təsir edəcək.
Məlumatda qeyd olunur ki, təkcə bu gün ümumi uçuşların 4 faizi təxirə salınır.
“Air France” aviaşirkəti öz reyslərinin 20 faizini təxirə salıb. Tətilin ikinci günündə Nitsa və Marsel hava limanlarının uçuşları təxirə salacağı bildirilib.
Tətil martın 10-da başa çatdırılacaq. Həmin günədək Paris aeroportlarında da uçuşların təxirə salınacağı gözlənilir.
Qeyd edək ki, Fransanın Brest, Bordo və Eks-an-Provans hava limanlarının əməkdaşları tətil elan ediblər. Onlar iş saatlarının azaldılmasını və iş şərtlərinin yaxşılaşdırılmasını tələb edirlər.
Reytinq: