Tanınmış cərrah Fərman Ceyranov Gürcüstanda həbs edildi23-05-2017, 15:29
Çap et Bu arada Gürcüstanın Baş Prokururoluqundakı mənbə yerli İctimai Televiziyaya Fərman Ceyranovun həbs xəbərini təsdiqləyib. Gürcüstan DİN isə yaxın saatlarda məlumat yayılacağını bildirib. *** Tiflisdə fəaliyyət göstərən “Lanset” klinikasının sahibi Fərman Ceyranov saxlanılıb. Lent.az-ın məlumatına görə, bu barədə yerli KİV məlumat yayıb. Ceyranov cinayət məcəlləsinin 180-ci maddəsi (dələduzluq) ilə günahlandırılır. Xeber.ge-nin Gürcüstan İctimai Televiziyasına istinadən məlumatında isə deyilir ki, cinayət işində iki nəfərin adı keçir. Məlumata görə, klinikada 2016-cı ildə qanunsuz qaraciyər transplantasiyası əməliyyat baş tutub. Əməliyyat uğursuz olduğundan xəstə dünyasını dəyişib. Lent.az-ın əməkdaşı adıgedən saytın redaktoru Amil Hacıyevlə əlaqə saxlayıb. Amil bəyin bildirdiyinə görə, Gürcüstan hüquq-mühafizə orqanlarındakı mənbə xəbəri təsdiqləyib. Fərman Ceyranova qarşı bu gün rəsmi ittiham irəli sürüləcək. Hüquq mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə bir müddət əvvəl “Lanset” in lisenziyası geri alınıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
