Bakıda 32 təhsil işçisi işdən çıxarıldı - 13 direktor müavini, 2 müəllim...11-09-2017, 15:09
Çap et Bunu BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, 2016-cı ilin 1 sentyabr tarixindən indiyədək İdarənin Daxili nəzarət sektoruna müxtəlif təşkilat və vətəndaşlardan 426 müraciət daxil olub: "Onlardan 416 müraciət əsaslandırılaraq müvafiq qaydada cavablandırılıb, 10 müraciət isə hazırda icraatdadır. Səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər neqativ hallar nəticəsində 3 ümumitəhsil müəssisəsinin fəaliyyəti ilə bağlı toplanmış sənədlər aidiyyatı üzrə prokurorluq orqanlarına gondərilib". M.Vəliyeva qeyd edib ki, aparılan araşdırmaların nəticələri əsasında qeyd edilən şəxslərdən başqa, BŞTİ-nin 1 əməkdaşı, 16 məktəb direktoru, 31 direktor müavini, 78 müəllim intizam məsuliyyətinə cəlb edilib, 3 direktor müavininə, 78 müəllimə xəbərdarlıq edilib. M.Vəliyeva deyib ki, görülən tədbirlər nəticəsində artıq ödənilmiş 17030,86 manat məbləğin dövlət büdcəsinə qaytarılması təmin edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
