Azərbaycanlılara Türkiyədə "iş tapan" şəxslər tutuldu: 250 min dollarlıq fırıldaq9-01-2018, 11:24
Çap et Sakarya polisinin həyata keçirdiyi əməliyyat nəticəsində tutulan iki Türkiyə vətəndaşının (C.M. və B.A) 4 il ərzində Azərbaycan və Gürcüstandan ümumilikdə 250 nəfərə fırıldaq gəldikləri məlum olub. Onlar aldatdıqları şəxslərlə internet vasitəsilə əlaqə qurublar və bunun qarşılığında hərəsindən min dollar pul alıblar. 4 il ərzində aldadılan 250 nəfərdən ümumilikdə 250 min dollar pul alınıb. Polisə daxil olan şikayət əsasında araşdırmalara başlanılıb. Sakarya polisi C.M-nı Adabazarında, B.A-nı isə Serdivan qəsəbəsindəki evdə ələ keçirib. Məlum olub ki, C.M. 4 fərqli fırıldaqçılıq ittihamı ilə axtarışdadır və 8 il 3 ay həbs cəzası alıb. B.A isə 3 fırıldaqçılıq ilə axtarışdadır və haqqında 4 il 2 ay həbs cəzası var. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
