Ərdoğan və Putin razılığa gəldi: silahlar susacaq18-09-2018, 11:42
Çap et “Rusiya olaraq Suriyanın İdlib vilayəti ilə bağlı bir narahatlığımız var. İdlibdəki döyüşçülərin Hələb şəhərinə və Rusiya hərbi bazalarına hücum təhlükəsi var” Bu sözləri Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb tayyib Ərdoğan ilə görüşdən sonra mətbuata birgə bəyanatla çıxış edərkən deyib. Putinin sözlərinə görə, Ərdoğan ilə görüşdə qərara alınıb ki, İdlibdə tərksilah edilmiş bölgə yaradılsın. “Oktyabrın 15-də döyüşçülər İdlibdən 15-20 kilometr uzaqlaşacaq və həmin ərazi tərksilah edilmiş bölgə olacaq. Cənab Ərdoğanın təklifi ilə bütün müxalif qrupların ağır silahlarının bölgədən çəkilməsi ilə bağlı qərar qəbul olundu. Bölgəyə Türk və Rus əsgərləri birgə nəzarət edəcək”, - deyə Putin qeyd edib. Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, müxalif qüvvələr və Əsəd rejiminin nəzarəti altında olan ərazilər arasında tərksilah edilmə barədə razılıq əldə olunub. “Müxalif qüvvələr olduqları bölgədə qalmağa davam edəcək. Bölgəyə Rusiya və Türkiyə əsgərləri birgə nəzarət edəcək. Radikal qruplar isə bu bölgədə fəaliyyət göstərməyəcək. Rusiya Əsəd qüvvələrinin tərksilah edilmiş bölgəyə hücum etməsinin qarşısını alacaq”, - deyə Ərdoğan bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
