"Kommandos" ləqəbli erməni general Azərbaycanın işğaldan azad etdiyi ərazilərin böyük strateji əhəmiyyətə malik olduğunu etiraf edib27-05-2016, 10:31
Çap et "Novosti Armenii" saytına açıqlamasında bildirib ki, erməni tərəfi çox vacib strateji yüksəklikləri əldən verib və onları qaytarmaq lazımdır. Generalın sozlərinə görə, atılmalı olan addımların heç biri atılmayıb: "İndi isə bunu gizlətmək üçün deyirlər ki, oralar o qədər də vacib ərazilər deyil. Halbuki ora bizim üçün çox vacib strateji yüksəkliklərdir. İnsanların Talış, Mardakert, Mataqizdə rahat yaşaması üçün həmin yüksəklikləri qaytarmaq haqqında düşünmək lazımdır. Təbii ki, deputatlarımızın məlum bəyanatları yuxarıdan verilən göstərişlər əsasında səsləndirilir və bu çox üzücüdür. Biz çox şey itirmişik və bu yüksəkliklər üzündən itiririk. Talışda artıq heç kim yaşamır. Qarabağın iri şəhəri Mardakert atəş altına düşüb. Evlərini tərk etmiş insanların rahat geri qayıtması üçün o yüksəkliklər qaytarılmalıdır". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
