Demo Sayt » gundem » Ermənistandan "danışıqlara hazırıq" bəyanatı


Ermənistandan "danışıqlara hazırıq" bəyanatı

11-07-2016, 18:43
Çap et
Ermənistandan "danışıqlara hazırıq" bəyanatı Erməni məmur Madrid prinsiplərini əsas kimi qəbul etdiklərini deyib.

“Ermənistan hətta Madrid prinsipləri əsasında danışıqlar aparmağa hazırdır”. Bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu sənəd Ermənistanı razı salmasa da rəsmi İrəvan Madrid prinsiplərini əsas kimi qəbul edir.
“Həmin sənədin əsasında bir sıra işçi sənədlər qəbul edilib. Bunlar arasında Azərbaycanın imtina etdiyi Kazan sənədi də var.
Şarmazanov bu dəfə də xalqların öz müqəddaratını təyin etmə prinsipini ortaya atıb. O deyib ki, bu prinsip İrəvan üçün əsas olaraq qalır. “Azərbaycan mərhələli həldən danışırsa, ilk mərhələdə Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə hüququnu tanımalıdır. Belə olan halda "status-kvo” dəyişəcək".
2008-ci ildə qəbul edilən Madrid prinsiplərinə görə, Ermənistan qoşunlarını Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarmalıdır, daha sonra Dağlıq Qarabağın statusu barədə danışıqlar başlamalıdır.
Ermənistan indiyə kimi məsələ ilə razılaşmır və əvvəlcə statusu müəyyən etməyi vacib sayır. Bu prinsiplər əsasında uzun müddət "Kazan sənədi" müzakirə olunub.
Reytinq: