Demo Sayt » siyaset » Azərbaycanın Qarabağ münaqişəsində gedə biləcəyi kompromis açıqlandı


Azərbaycanın Qarabağ münaqişəsində gedə biləcəyi kompromis açıqlandı

13-07-2015, 13:40
Çap et
Azərbaycanın Qarabağ münaqişəsində gedə biləcəyi kompromis açıqlandı "Azərbaycanın mövqeyi çox konstruktivdir".
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar davam etdirilir”.
Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazirin sözlərinə görə, Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi bəllidir: “Biz kompromis kimi yalnız Azərbaycanın tərkibində Dağlıq Qarabağın statusu məsələsini müzakirə edə bilərik. Azərbaycanın mövqeyi çox konstruktivdir. O baxımdan ki, bütün ordu kənarda qalsın, insanlar geri qayıtsın, yollar açılsın və biz bütün əlaqələri bərpa edək. Bütün yolların, kommunikasiyaların açılması imkan verəcək ki, regionda addım-addım, normal şəkildə əlaqələrimizi quraq. Hamı bilir ki, danışıqlar bunun əsasında aparılır. Həm həmsədrlər, həm də Azərbaycan tərəfi bu istiqamətdə addımlar atır. Qalır Ermənistanın da bunu qəbul etməsi... Gec-tez bu da olacaq. Mən heç şübhə etmirəm”.
Reytinq: