19 QƏZETİN HƏR BİRİNƏ 40 MİN MANAT...26-07-2016, 13:12
Çap et Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının xüsusi iclası keçirilib. APA-nın KİVDF-nin saytına istinadən verdiyi məlumata görə, iclasda prezidentin "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında" sərəncamına əsasən qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması müzakirə olunub. Uzun illər ərzində sabit fəaliyyət göstərərək ictimaiyyət arasında nüfuz qazanmış, yüksək tirajı və dövriyyəsi olan, Azərbaycan qanunvericiliyinə və Jurnalistlərin Peşə Davranışı Qaydalarına ardıcıl şəkildə riayət edən gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib. Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb. Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı: 1. "Azərbaycan” qəzeti - 40.000 AZN 2. "Bakinski raboçi” qəzeti - 40.000 AZN 3. "Bakı Xəbər” qəzeti - 40.000 AZN 4. "525-ci qəzet” - 40.000 AZN 5. "Ekspress” qəzeti - 40.000 AZN 6. "Ədalət” qəzeti - 40.000 AZN 7. "Xalq qəzeti” - 40.000 AZN 8. "İki sahil” qəzeti - 40.000 AZN 9. "Kaspi” qəzeti - 40.000 AZN 10. "Kaspiy” qəzeti - 40.000 AZN 11. "Mövqe” qəzeti - 40.000 AZN 12. "Olaylar” qəzeti - 40.000 AZN 13. "Palitra” qəzeti - 40.000 AZN 14. "Respublika” qəzeti - 40.000 AZN 15. "Səs” qəzeti - 40.000 AZN 16. "Şərq” qəzeti - 40.000 AZN 17. "Şərq qapısı” qəzeti - 40.000 AZN 18. "Yeni Azərbaycan” qəzeti - 40.000 AZN 19. "Yeni Müsavat” qəzeti - 40.000 AZN 20. "Azad Azərbaycan” qəzeti - 30.000 AZN 21. "Bizim yol” qəzeti - 30.000 AZN 22. "Exo” qəzeti - 30.000 AZN 23. "Həftə içi” qəzeti - 30.000 AZN 24. "Xalq Cəbhəsi” qəzeti - 30.000 AZN 25. "Novoye vremya” qəzeti - 30.000 AZN 26. "Paralel” qəzeti - 30.000 AZN 27. "Üç nöqtə” qəzeti - 30.000 AZN Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
