"İdeal-İ İnşaat " MMC-də nələr baş verir?12-08-2016, 17:26
Çap et "Həqiqət.az" sayitmm rəhbəri İlkin Əzizxan oğlunaSizə bildiririk ki, şərh edəcəyimiz şirkət və onun sahibi haqqında verəcəyimiz məlumatlar sizi şoka salacaq . Belə ki, "İdeal-İ İnşaat " MMC yarandığı tarixdən hal-hazırki dövrə qədər, yəni avqust 2016-cı ilə kimi göstərdiyi tikinti-quraşdırma fəaliyyətində bir çox mənzil alıcılarının gözünü yaşlı qoymaqla, mənzilləri təhvil-təslim edilməmişdir . Bundan öncə saytlarda və qəzetlərdə " İdeal-İ İnşaat" MMC-nin təsisçisi İsa Əli oğlu Məmmədov tənqid atəşinə tutulsa da, özünə heç bir nəticə çıxartmamışdır. Sadəcə olaraq, bir qəzet saytında yəni (Real.Faktaz)-da qismən təriflənsə də, o kölgə altında gizlənməklə özünü sudan quru çıxartmağa çalışmışdır . Bəzi məlumatların həqiqətə uyğunluğunu faktlar əsasında nəzərə çatdırırq . Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti. 29 ünvanında inşa edilmiş çoxmənzilli yaşayş binasının 24-cü blokunun 13-cü mərtəbəsinin 884 saylı mənzilinin aqibəti bir neçə mənzil alıcılarınm əlində olmaqla çaş-baş qalmışlar. Fevral 2016-cı il tarixində sahəsi 148 kvm olan 884 saylı mənzil Əkbərov İbrahim Rəfı oğlunun adında olmaqla mənzilin dəyəri tam ödənilmiş , " İdeal-1 İnşaat" MMC-nin direktoru Məmmədov Çingiz Əkbər oğlu tərəfindən 2 tərəfli öhdəlik müqaviləsi öz imzaları ilə rəsmiləşdirilərək, şirkətin möhürü ilə təsdiq olunmuşdur. 2016-cı ilin mart ayında isə " İdeal-İ İnşaat" MMC-nin təsisçisi Məmmədov İsa Əli oğlımım şəxsi göstərişi əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti.29 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 24-cü blokunun 13-cü mərtəbəsinin 884 saylı mənzilini Yeganə Rzayeva adlı şəxsə təkrarən satılaraq, pulu mənimsənilib xərclənmişdir . Yuxarıda qeyd olunanlar ilə əlaqədar olaraq, bu da müstəqil demokratik Azərbaycanın vətandaşına ziyan vurulmaqla konstitusyon hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasmm Prezidenti, zati-aliləri İlham Heydər oğlu Əliyevin vətəndaşlarımıza, xalqımıza göstərdiyi atalıq qayğısını, verdiyi fərman və sərəncamlara zidd olaraq atdığı addımlara, hərəkətlərə sahibkar kimi İsa Əli oğlu Məmmədov nə düşünür? Oxucularımızm nəzərinə çatdırırıq ki, 2015-ci ildə "Təzadlar" qəzetinin saytında verilmiş bir məlumatda Məmmədov İsa Əli oğlunun saxta dollar istehsal etdiyi üçün 2 il məhbusluq həyatı yaşadığı qeyd olunmuşdur. Buna baxmayaraq, saxta əməllərindən əl çəkməmiş, hətta inşa etdiyi çoxmənzilli yaşayış binasında bir mənzili bir neçə Azərbaycan vətəndaşına satmışdır. Bu cür tendensiya bir neçə ildir davam edir . Azərbaycan Respublikasmın prezidenti, zati-aliləri Əliyev İlham Heydər oğlundan, Azərbaycan Respublikasınm hüquq -mühafizə dövlət orqanlarından xahiş edirik ki, dələduz təsisçi Məmmədov İsa Əli oğlu haqqında təcili tədbirlər görülsün. Əks təqdirdə , " İdeal-İ İnşaat " MMC-nin təsisçisi Məmmədov İsa Əli oğlu daha da azğınlaşıb insan kütləsini narazı salmaqla, xalqın dövlətə olan etimadmı itirmiş olar. Dəfələrlə, banditizm və terrorizmə, Azərbaycan Respublikasının Prokuroluğunun Baş Korrupsiya İdarəsinə bu cür əməllərinə görə çağırılmış, ilkin ibtidai istintaq proseslərinin davam etməsinə baxmayaraq, saxta əməllərindən bu günə qədər əl çəkməmişdir. Əkbərova Sərinat Qurban qızı *** Bakı şəhəri, İcra Hakimiyyəti S.Vəzirov küç. 17, 17A , 17B , 17C , 17D ünvanlarında inşa edilmiş çoxmənzilli, hündür mərtəbəli, yaşayış binalarının " İdeal-İ İnşaat" MMC-nin təsisçisi Məmmədov İsa Əli oğlu tərəfindən təhvil-təslim etmədiyinə görə 180 mənzil alıcılarının imzası ilə qeydiyyata düşə bilmədikləri üçün dövlət hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət etsələr də, nəticəsiz qalmışdır . “İdeal - İ İnşaat" MMC-nin təsisçisi Məmmədov İsa Əli oğlıı şirkətin direktoru Məmmədov Çingiz Əkbər oğlu vasitəsilə qanunsuz olaraq, sayğac qurğuları adı altında əlavə olaraq 1000 (bir min) azn şəxsi cibi üçün pul yığaraq, çirkin əməllərini ört-basdır etməyə xərcləyir. Bu göstərilən səbəbləri hal-hazırda məcburi köçkün kimi yaşayan, mənzillərinin tam dəyərini 10 il bundan öncə ödəmiş yaşayan sakinlərdən sorğu keçirərək, qeyri-rəsmi qəbzlərlə imza-möhürlə təsdiqlənmiş sənədləri tələb edərək, təsdiqini tapa bilərsiniz. Bu da Azərbaycan Respublikasının Vergilər Nazirliyinin qanununa zidd olaraq, vergidən yayınmaqla bir neçə milyona sahib olmuşdur. Sakinlər (Ardı var) P.S.: Qarşı tərəfi də dinləməyə hazırıq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

"Həqiqət.az" sayitmm rəhbəri İlkin Əzizxan oğluna