Axtarışda olan məktəb direktoru barədə RƏSMİ AÇIQLAMA27-08-2015, 17:19
Çap et Bakıda barəsində cinayət işi başladılan məktəb direktoru Vahid Şahmar oğlu Dəmirov bu ilin mart ayından işə çıxmır.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-ın sorğusuna verilən cavaba görə, Bakı şəhəri, Orucov küçəsi 21 ünvanında yerləşən 55 nömrəli məktəbin direktoru Vahid Dəmirov işə çıxmaması ilə bağlı BŞTİ-yə müxtəlif vaxtlarda əmək qabiliyyətinin olmamasına dair xəstəlik vərəqələri təqdim edib. Hazırda V. Dəmirovu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Sabunçu-Xəzər-Pirallahı Metodik bölməsinin müdiri Məmmədov Alı Xıdır oğlu əvəz edir. Qeyd edək ki, Vahid Şahmar oğlu Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub. Hazırda polis V. Dəmirovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bakıda barəsində cinayət işi başladılan məktəb direktoru Vahid Şahmar oğlu Dəmirov bu ilin mart ayından işə çıxmır.