Demo Sayt » gundem » İŞİD-in məxfi sənədləri ələ keçdi - ABŞ təyyarələrini vurmayın!


İŞİD-in məxfi sənədləri ələ keçdi - ABŞ təyyarələrini vurmayın!

17-11-2016, 19:37
Çap et
İŞİD-in məxfi sənədləri ələ keçdi - ABŞ təyyarələrini vurmayın! İŞİD terror qruplaşmasına məxsus məxfi sənədlər ələ keçib.
Keçən həftə Mosul əməliyyatı çərçivəsində İŞİD-dən təmizlənən Başika qəsəbəsindəki bəzi qərargahlarda terrorçuların yazışmaları tapılıb. Belə ki, sənədlərdə Əbu Müaviyə adlı İŞİD komandarinin imzası ilə terrorçulara ABŞ təyyarələrinin vurulmaması əmr edilir.
Əmrin mətnində deyilir: "Hansı yüksəklikdə olursa-olsun, lap evlərin üstündən uçsa belə, təyyarələrə heç bir silahla atəş açılmasın".
Bəzi analitiklər bu faktın növbəti dəfə İŞİD terrorçularının ABŞ ilə əlbir olduğunu göstərdiyini bildirib.
Reytinq: