Demo Sayt » gundem » Moskvada ata və oğul diri-diri yandırıldı


Moskvada ata və oğul diri-diri yandırıldı

23-12-2016, 15:57
Çap et
Moskvada ata və oğul diri-diri yandırıldı 15 dekabr tarixində Moskvanın Sosenskoye qəsəbəsində yeyib içdikdən sonra dörd nəfər arasında mübahisə yaşanıb.
Moskvada kimliyi hələ ki, naməlum olan bir nəfər bir süfrə arxasında yemək yedikdən sonra iki azərbaycanlını və bir nəfər yerli sakini yandırıb.
Rusiya KİV-i xəbər verir ki, 15 dekabr tarixində Moskvanın Sosenskoye qəsəbəsində yeyib içdikdən sonra dörd nəfər arasında mübahisə yaşanıb. Nəticədə mübahisə edənlərdən biri digər üçünün üzərinə alışqan maye tökərək onlara od vurub. 27 və 48 yaşlarında olan azərbaycanlı ata və oğul, 27 yaşlı bir nəfər yerli sakin bədənlərinin 50-60% yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Onlardan biri 48 yaşlı azərbaycanlı bir neçə gün sonra dünyasını dəyişib.
Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.
Reytinq: