Demo Sayt » hadise » Abşeron rayonunda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var


Abşeron rayonunda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

25-04-2017, 10:18
Çap et
Abşeron rayonunda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var Abşeron rayonu ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yol qəzası Masazır dairəsində qeydə alınıb.
Dairədə “KamAZ” markalı yük maşını ilə “Opel” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “Opel”də olan iki nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.
İlkin ehtimala görə, qəzaya “KamAZ” markalı avtomobilin sürücüsünün dairəvi hərəkət qaydalarını pozması və “Opel”ə yol verməməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.

Reytinq: