Demo Sayt » hadise » Bakıda ev yanıb - ölən var


Bakıda ev yanıb - ölən var

2-05-2017, 12:03
Çap et
Bakıda ev yanıb - ölən var Bakıda yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb.
Yanğın kəşfiyyatı zamanı ev sahibi 1941-ci il təvəllüdlü Aginin Oleq Dmitriyeviçin yanmış cəsədi aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 02:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Reytinq: