Bakı və Neftçalada yanğın hadisələri8-02-2016, 08:59
Çap et Neftçala rayonu, Xəzər kəndində vətəndaşa məxsus ümumi sahəsi 196 kv.m olan birmərtəbəli 8 otaqlı qamışdan ibarət evin 7 otağının yanar konstruksiyaları və ev əşyaları 184 kv.m sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 3000 kv.m olan ikimərtəbəli mağazanın birinci mərtəbəsində yerləşən sahəsi 100 kv.m olan sexin tavanı 2 kv.m sahədə yanmış, döşəməsinə dağılmış yağ qalıqları və sexdə olan dəzgahlar yanaraq deformasiyaya uğrayıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Neftçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 8 kv.m olan bərbərxananın yanar konstruksiyaları yanıb. Bərbərxanaya bitişik ikimərtəbəli yaşayış binası yanğından mühafizə olunub. Yanğın saat 04:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
