Demo Sayt » hadise » Məşhur iş adamının bacısının villası yandı - YARALI 5 GÜN SONRA ÖLDÜ


Məşhur iş adamının bacısının villası yandı - YARALI 5 GÜN SONRA ÖLDÜ

24-05-2017, 11:18
Çap et
Məşhur iş adamının bacısının villası yandı - YARALI 5 GÜN SONRA ÖLDÜ Bakıda yaşayış evində baş verən yanğında xəsarət alan şəxs 5 gün sonra xəstəxanada ölüb.
Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 19-da Şağan qəsəbəsində Səbirə Məmmədovaya məxsus evdə yanğın baş verib. Yanğın nəticəsində evdə mühafizəçi işləyən, 41 yaşlı Natiq Cabbarov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, N. Cabbarov ötən gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Polisdən həmçinin bildirilib ki, S. Məmmədova sahibkar qadın Kəbirə Məmmədovanın bacısıdır.

Məşhur iş adamının bacısının villası yandı - YARALI 5 GÜN SONRA ÖLDÜ
Reytinq: