Oğurlanmış mikroavtobus "metallom"dan tapıldı16-06-2017, 11:39
Çap et Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dərhal hadisə yerinə gələn Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin mikroavtobusun texniki cəhətdən nasaz vəziyyətdə olduğundan uzun müddətdən təmirə saxlanıldığı müəyyən edilib. Polis avtomobilin evakuatorla aparılması barədə məlumat əldə edib. Aparılan əməliyyat tədbirləri ilə həmin evakuator tapılaraq sürücüsü Polis Bölməsinə dəvət edilib. O, mikroavtobusu müraciət edən şəxslə birlikdə şəhər ərazisindəki metal qəbulu məntəqələrindən birinə apardıqlarını bildirib. Həmin məntəqədə olan polis əməkdaşları avtomobilin 40 manat müqabilində satıldığını aşkar ediblər. Oğurluğu törədən şəhər sakini Tural Hüseynov 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. T.Hüseynov ifadəsində köhnə mikroavtobusun uzun müddətdən həmin yerdə saxlanıldığından sahibsiz olduğunu düşünərək bu əməli törətdiyini bildirib. Faktla bağlı araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
