Azərbaycanda toyda dəhşətli qətl: SƏBƏB MƏLUM OLDU - TƏFƏRRÜAT6-07-2017, 12:09
Çap et Araşdırmalar zamanı məlum olub ki, Ramik Ağabəyovla İlqar Ulubəyov qohumdur və onlar dünən həmkəndlilərinin toy məclisində bir masa arxasında oturaraq yeyib-içiblər. Birgə spirtli içki qəbul edən qohumlar daha sonra mübahisə etməyə başlayıblar. Səbəb isə İlqarın Ramikə verdiyi 20 manatı istəməsi olub. R.Ağabəyov qohumunun ona verdiyi borc pulu istəməsinə əsəbiləşib və onunla dava edib. O, masanın üstündəki şüşə butulkanı dəmir dirəyə vuraraq sındırıb və qırılmış butulka ilə İlqarın üzərinə hücum edib. ətrafdakı şəxslərin müdaxiləsinə baxmayaraq, Ramik Ağabəyov butulka şüşəsi ilə İlqarın boğazını kəsib. Şah damarı kəsilən və çoxlu qan itirən İlqar Ulubəyov xəstəxanaya aparılsa da, yolda keçinib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
