Demo Sayt » hadise » Qazax sakini qardaşı arvadına xəsarət yetirib evini yandırdı


Qazax sakini qardaşı arvadına xəsarət yetirib evini yandırdı

16-08-2017, 10:52
Çap et
Qazax sakini qardaşı arvadına xəsarət yetirib evini yandırdı Qazax rayon sakini qardaşının həyat yoldaşını öldürməyə cəhd edib.
Hadisə rayonun Birinci Şıxlı kəndində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Əhmədov Valeh Qurban oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı Həsənova Ceyhunə Eldar qızını döyüb. Daha sonra V.Əhmədov qadının başına ağır çəkiclə zərbələr endirib.
C.Həsənova ağır vəziyyətdə Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. V.Əhmədov daha sonra həmin evi də yandırıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əhmədov saxlanılıb.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlayıb.
Hadisəni törədən şəxsin psixi xəstə olduğu deyilir.
Reytinq: