Demo Sayt » hadise » Gömrükdən daxili orqanında narkotiklər keçirmək istədi


Gömrükdən daxili orqanında narkotiklər keçirmək istədi

18-08-2017, 12:26
Çap et
Gömrükdən daxili orqanında narkotiklər keçirmək istədi Gömrükçülər narkotik vasitələr aşkar ediblər.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İdarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı həmin şəxsin daxili orqanı - düz bağırsağından 2 ədəd bükümdə xalis çəkisi 11,05 qram olan narkotik vasitə heroin və 1 ədəd bükümdə xalis çəkisi 1,3 qram olan psixotrop maddə-metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Reytinq: